Cari ildə barama istehsalı 5,1 faiz artıb
2023-cü ilin yanvar-iyun aylarında diri çəkidə 285,4 min ton ət, 1122,9 min ton süd, 1107,4 milyon ədəd yumurta, 14,0 min ton yun, 356,6 ton barama istehsal olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə ət istehsalı 3,1 faiz, süd istehsalı 2,7 faiz, yumurta istehsalı 12,0 faiz, barama istehsalı 5,1 faiz artıb, yun istehsalı isə 2,8 faiz azalıb. 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,4 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 3,7 faiz, bitkiçilik məhsulları istehsalı 3 faiz artıb.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 14-07-2023, 13:23