mobil versiya

İstanbul Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 45 faiz artıb


2023-cü ilin mart ayında Türkiyənin İstanbul Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 45 faiz artaraq, 16 milyon 530 min 471 nəfər olub.
Trend-in məlumatına görə, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib. Nazirlikdən verilən məlumata görə, mart ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 24 faiz artaraq 3 milyon 618 min 921 nəfər, beynəlxalq reyslər üzrə isə 52 faiz artaraq 12 milyon 911 min 550 nəfər təşkil edib.
Bu ilin mart ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 22 faiz artaraq 595 min 494 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin mart ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 36 faiz artaraq, 51 min 881 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 21 faiz artaraq, 543 min 613 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2023-cü ilin mart ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 39 faiz artaraq, 113 min 845 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 33 faiz artaraq 27 min 845, beynəlxalq reyslər üzrə isə 41 faiz artaraq 86 min olub.
2023-cü ilin mart ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 38 milyon 948 min 467 nəfər, yük dövriyyəsi isə 833 min 949 ton təşkil edib.
Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.


KARUSEL / DÜNYA
Tarix: 14-04-2023, 12:17