Aktiv ƏDV ödəyicilərinin sayı 15,1 faiz artıb
2023-cü il yanvarın 1-nə ölkə ərazisində aktiv vergiödəyicilərinin sayı ötən illə müqayisədə 7 faiz artaraq 711,9 min olub.
Dövlət Vergi Xidmətindən bildirilib ki, aktiv ƏDV ödəyicilərinin sayı isə 15,1 faiz artıb və 39,9 min təşkil edib.
Həmçinin aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı əvvəlki illə müqayisədə 12,3 faiz artaraq 165 minə çatıb.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 13-01-2023, 11:51