mobil versiya

Məktəbəqədər təhsil xərcləri 50 mln. manata yaxın artırılır



2024-cü il Azərbaycanda dövlət büdcəsində məktəbəqədər təhsil xərcləri artırılır.
Bu barədə Maliyyə Nazirliyi xəbər verir.
Layihəyə əsasən gələn il məktəbəqədər təhsil xərcləri 453 018 349 manat təşkil edəcək. Bu göstərici 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 11.9% və ya 48 182 248 manat çoxdur.
Qeyd edək ki, 2023-cü ilin təsdiq edilmiş dövlət büdcəsində məktəbəqədər təhsil xərcləri 404 836 101 manat proqnozlaşdırılıb.

KARUSEL / CƏMİYYƏT
Tarix: 16-10-2023, 15:37