Azərbaycan gələn il 1 milyard manat borc qaytaracaq
Azərbaycanda 2023-cü ilin dövlət büdcəsində dövlət borcu və öhdəliklərinə xidmətlə bağlı xərclərin 1 005 milyon manat olması nəzərdə tutulub.
Reportyor bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 43,9% azdır.
Gələn il borc xərcləri büdcə xərclərinin 3%-ni təşkil edəcək.
İQTİSADİYYAT
Tarix: 16-09-2022, 12:41