mobil versiya

“ABŞ İsrailin yanındadır və lazım olan yardımı göstərəcək” - Bayden Təl-Əvivdə bəyanat verib



“ABŞ İsrailin yanındadır”.
Bunu İsraildə səfərdə olan ABŞ Prezidenti Cozef Bayden İsrail Baş naziri Benyamin Netanyahu ilə birgə bəyanatında çıxışı zamanı deyib.
O bildirib ki, İsrail xalqının cəsarətini təqdir edir.
C.Bayden İsrailin özünümüdafiə haqqının olduğunu söyləyib: “Onu da deyim ki, HƏMAS bütün Fələstini təmsil etmir”.
Birləşmiş Ştatlar lideri söyləyib ki, Ağ ev İsrailin müdafiəsi üçün lazım olan yardımı göstərəcək. O, həmçinin səfərinin məqsədinin ABŞ-ın İsraili dəstəklədiyini dünyaya nümayiş etdirmək olduğunu deyib.(report)

KARUSEL / DÜNYA
Tarix: 18-10-2023, 13:21