mobil versiya

İsrail vətəndaşları üçün viza rejimini ləğv edir



Co Baydenin administrasiyası İsrail vətəndaşları üçün vizasız rejim tətbiq etməyi planlaşdırır.
Bu barədə ABC telekanalı məlumat yayıb.
ABŞ hökumətinin qərarı sentyabrın 27-də rəsmən elan edəcəyi bildirilir.
Eyni zamanda, mənbələr Vaşinqtonun İsrailin ABŞ vətəndaşlığı olan fələstinlilərə münasibətindən hələ də narahat olduğunu vurğulayır.
İsrailin vətəndaşlarının ABŞ-a üç ay müddətinə vizasız gedə biləcək ölkələr siyahısına daxil edilməsi məsələsi BMT Baş Assambleyasının sessiyası çərçivəsində prezident Co Bayden və Baş nazir Benyamin Netanyahu arasında müzakirə edilib.
İddialara görə, bu məsələ bir neçə ay ərzində amerikalı və israilli diplomatlar tərəfindən intensiv müzakirə edilib. ABŞ-ın müsbət qərarının Netanyahunun mövqeyini gücləndirəcəyi gözlənilir.


KARUSEL / DÜNYA
Tarix: 25-09-2023, 13:37