mobil versiya

“Yaxın Şərqin digər ərazilərində də əməliyyatlara hazırıq” - İsrail Baş Qərargah rəisi



Yaxın Şərqin digər ərazilərində də əməliyyatlara hazırıq”.
"The Times of Israel” nəşri xəbər verir ki, bunu İsrail  ordusunun Baş Qərargah rəisi general-leytenant Hertsi Halevi deyib.
Onun sözlərinə görə, İsrai ordusu döyüş təyyarələri sayəsində Yaxın Şərqin istənilən yerinə çata bilir.
H.Halevi iddia edib ki,  İsrail ordusu HƏMAS qüvvələrinə, o cümlədən komandirlərə ağır zərbələr endirib.
Qeyd edək ki, İsrail Qəzzaya havadan bombardmanlarla mülki əhaliyə qarşı qətliam həyata  keçirir. Fələstin  Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail ordusu son bir ayda ən azı 4,800 uşaq da daxil olmaqla 9,700-dən çox insanı qətlə yetirib.
Belə görünür, İsrail ordusu qətliamların çoğrafiyasını genişləndirməyi düşünür. ("AzPolitika.info")

KARUSEL / DÜNYA
Tarix: 7-11-2023, 10:16