mobil versiya

İsrail ordusu HƏMAS-ın 600-dən çox hədəfini vurub


İsrail ordusu Qəzza zolağında quru əməliyyatını yenidən genişləndirib və HƏMAS-ın 600-dən çox hədəfinə zərbələr endirib.
Ordunun mətbuat xidmətinin məlumatına görə, gecə saatlarında silah anbarları, tank əleyhinə silahların olduğu mövqelər, həmçinin HƏMAS-ın sığınacaqları məhv edilib.
Əməliyyat zamanı HƏMAS-ın onlarla üzvü öldürülüb.
“Bina və tunellərdə barrikada quraraq İsrail əsgərlərinə hücum etməyə çalışan onlarla terrorçu məhv edilib. Bundan başqa, son bir neçə gün ərzində 600-dən çox terrorçu hədəfə zərbələr endirib”, – məlumatda deyilir.


KARUSEL / DÜNYA
Tarix: 30-10-2023, 11:09