mobil versiya

BƏƏ Qəzzaya 25 ton humanitar yardım göndərib



Birləşmir Ərəb Əmirlikləri (BƏƏ) Qəzza zolağına 25 ton humanitar yardım göndərib.
The National xəbər verir ki, 25 ton ərzaq, tibbi və müxtəlif yardım materialları daşıyan təyyarə BƏƏ-dən Misirin Ariş şəhərinə yola düşüb.
Yardım Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramının koordinasiyası çərçivəsində “Rəfah” keçid məntəqəsi vasitəsilə Qəzza zolağına çatdırılacaq.
Qeyd edək ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyi barədə xəbərdarlıq edib və qələbə qazanacaqlarını söyləyib.
KARUSEL / DÜNYA
Tarix: 9-11-2023, 17:29