mobil versiya

Məhkəmə Nəvaz Şərifə bəraət verdi



Nəvaz Şərif bəraət aldı – Onun 10 illik həbs cəzasını ləğv edib.

İslamabad Ali Məhkəməsi (IHC) Pakistanın keçmiş Baş naziri, PML-N lideri Nəvaz Şərifə Londonda dörd dəbdəbəli mənzilin alınması ilə bağlı Avenfield korrupsiya işində bəraət qazandıraraq,  Milli Hesabatlılıq Bürosu  (NAB) tərəfindən ona verilən 10 illik həbs cəzasını ləğv edib.
Dawn xəbər verir ki, bu bəraət 74 yaşlı N.Şərifin qarşıdan gələn seçkilərdə iştirakına yol açır.
2018-ci ilin iyul ayında Nəvaz Şərif Avenfield mülkləri ilə bağlı korrupsiya işində məlum gəlirindən artıq aktivlərə sahib olduğu üçün 10 il həbs cəzası və Milli Hesabatlılıq Bürosu (NAB) ilə əməkdaşlıq etmədiyinə görə əlavə bir illik həbs cəzası almışdı.
Şərif  üç müddət – 1990–1993, 1997–1999 və 2013–2017-ci illərdə ölkənin Baş naziri olub.
KARUSEL / DÜNYA
Tarix: 1-12-2023, 10:00