mobil versiya

Müvəqqəti hökumətə səlahiyyət vermək üçün Seçki Aktına düzəlişlər ediləcək



Pakistanın maliyyə naziri İshaq Dar 2017-ci il Seçki Aktı, qarşıdan gələn müvəqqəti hökumətə demokratik yolla seçilmiş bir hökumət işə başlayana qədər mühüm qərarlar qəbul etmək səlahiyyətini vermək üçün təsdiqləyib.
"Dawn" xəbər verir ki, Pakistan xəbər kanalına müsahibəsi zamanı İ.Dar, müvəqqəti hökumətin funksiyalarına aid olan Seçki Qanununun 230-cu maddəsinə düzəlişlərin edilib-edilməyəcəyi sualına "bəli” deyə cavab verib.
Müsahibə zamanı onun müvəqqəti baş nazir vəzifəsinə namizəd olub-olmadığı da sorğulanıb, Dar bunu şərh etməyin "vaxtından əvvəl" olduğunu deyib. O,  heç bir vəzifənin arxasınca getməyə və ya arzulamağa inanmadığını deyib. Daha sonra bildirib ki, müvəqqəti baş nazir kimi kim seçiləcəksə, onun senator kimi tam dəstəyi olacaq.
Bundan əvvəl maliyyə nazirinin müvəqqəti baş nazir hesab edildiyi barədə məlumatlar yayılmışdı. "ARY News" xəbər verir ki, Pakistan Müsəlman Liqası-Nəvaz (PML-N) Mərkəzdə koalisiya tərəfdaşı olan Pakistan Xalq Partiyasını (PPP) bu vəzifə üçün İshaq Darın adına razı salmaq üçün fəaliyyətə keçib.
Maliyyə nazirinin adının PML-N ali lideri Nəvaz Şəriflə PPP həmsədri Asif Əli Zərdari arasında keçirilən görüşdə müzakirə edilib. Milli Assambleyanın səlahiyyət müddəti avqustun 12-də başa çatacaq və hökumət üzvləri arasında müvəqqəti quruluşun detalları ilə bağlı görüşlər keçirilir.
"ARY News"un məlumatına görə, Baş nazir  Şahbaz Şərif müvəqqəti təyinat və ümumi seçkilərlə bağlı məsələləri yekunlaşdırmaq üçün beş nəfərdən ibarət dialoq komitəsi yaradıb.
KARUSEL / DÜNYA
Tarix: 25-07-2023, 12:53