mobil versiya

“Rusiya 4390 ukraynalı uşağı oğurlayıb”- Nazir Vereşçuk



“Rusiya 4390 ukraynalı uşağı oğurlayıb”.
Bunu Ukraynanın Müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası naziri İrina Vereşçuk bildirib.
“Ukraynada 4390 uşaq Rusiya tərəfindən oğurlanmış kimi tanınır. Bunların bir qismi bir və ya hər iki valideynini itirən, bir qismi də valideyn himayəsindən məhrum olmuş uşaqlardır”, – Vereşçuk deyib.
Onun sözlərinə görə, oğurlanan uşaqlar ya müvəqqəti olaraq işğal olunmuş ərazilərdə, ya da Rusiyanın özündədir.
“Ukrayna bu uşaqların oğurlanmasına dair sübutlar toplayır və Beynəlxalq Cinayət Məhkəməsinə təqdim edir”, – nazir qeyd edib.
KARUSEL / DÜNYA
Tarix: 28-03-2023, 18:06