Son 11 ayında 500-dən çox silah könüllü təhvil verilib
Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsini cəmiyyətdə vətəndaşlar razılıqla qarşılayır.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının davam etdirdikləri profilaktik tədbirlər nəticəsində 2023-cü ilin yanvar-noyabr aylarında 534 ədəd odlu silahı vətəndaşlar könüllü təhvil veriblər. Onlardan 24-ü avtomat, 8-i tapança, 502-si ov tüfəngi olub.
Nazirlik bir daha vətəndaşlara müraciət edərək bildirir ki, qanunsuz saxlanılan odlu silahlar könüllü təhvil verilməlidir: “Həmin vətəndaşlıq nümunəsinin də kütləvi təşviqini nəzərə alaraq, cəmiyyətin hər üzvünün dəstəyi önəmlidir. Vətəndaşlar əmin olsunlar ki, hər bir qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilə bilər.
DİN cəmiyyətdə böyük məmnuniyyətə səbəb olan bu tədbirlərə dəstək verən hər bir vətəndaşa təşəkkür edir”.
KARUSEL / CƏMİYYƏT
Tarix: 1-12-2023, 13:18