Dünən təhvil verilən silah-sursatın sayı açıqlanıb
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirilir
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat, 1 ədəd tapança, 4 qumbara, 2 ədəd alışdırıcı, 4 patron darağı, 94 ədəd müxtəlif çaplı patron və 20 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.
Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat, 4 tüfəng, 1 ədəd patron darağı və 35 ədəd patron aşkar edilərək götürülüb.
KARUSEL / CƏMİYYƏT
Tarix: 29-11-2023, 09:59