mobil versiya

Səfir 30-40 il əvvəl Bakıda təhsil almış laoslularla görüşüb



"Laosun milli bayramı - Respublika Günü münasibətilə paytaxt Vyentyanda keçirilmiş rəsmi bayram tədbirləri zamanı 30-40 il öncə Bakıda təhsil almış və hazırda ölkənin müxtəlif sahələrində, o cümlədən mühüm postlarda çalışan laoslularla görüş ömürlük yaddaşımda qalacaq". 
Bu barədə Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Şövqi Mehdizadə sosial şəbəkədə məlumat verib.
Səfir qeyd edib ki, bir neçə il əvvəl yaradılmış  və həmin dövr tələbə olmuş şəxslərdən ibarət Dostluq Assosiasiyasının ilk toplantısı məhz ölkənin əsas bayramı zamanı keçirilib: "Bu günlər eyni zamanda, Ulu Öndərimizin 1986 ildə SSRİnin ən vacib nümayəndə heyətinin başçısı kimi səfəri günlərinə də təsadüf edir".

Assosiasiyanın bir sıra üzvlərinin hətta pensiyaçı olmasına baxmayaraq aktiv idmanla da məşğul olur, "Bakintsı" (Бакинцы) adlı komandası və formaları da var: "Əlbəttə ki, çoxlu nostalji söhbətlər oldu, ləziz süfrə arxasında səmimi arzular səsləndirildi. Bizləri görən kimi  "Salam Aleyküm" sözlərindən sonra Qələbəmizi təbrik etdi". 
Laosun elm və texnologiya naziri, sabiq sənaye və ticarət naziri, energetika nazirinin müavini, baş nazirin müşaviri, Xalq İnqilab Partiyasının səlahiyyətli nümayəndəsi, milli sənaye və ticarət palatasının vitse-prezidenti, neft şirkətinin başçısı və digər mühüm sahələrdə çalışan laoslular (onlar haqqında ayrıca məlumat veriləcəyik) Azərbaycanı özlərinə ikinci vətən hesab etdiklərini, Bakı üçün çox darıxdıqlarını, ölkəmizdə baş verənləri yaxından izlədiklərini və çalışdıqları sahələr üzrə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını bildirib. Onlar yaxın zamanlarda Azərbaycana səfər etmək niyyətindədirlər. Bu sahədə Səfirlik dəstək olacaq. 

Tədbir zamanı nazir Vongdara Boviengkham və sabiq ticarət naziri Viaket Nama Azərbaycan Neft Akademiyasının yaranmasının 100 illiyi ilə bağlı xatirə medalı təqdim olunub.
Tədbirdə Türkiyənin Laosdakı səfiri Orhan İşık da iştriak edib. 




KARUSEL / CƏMİYYƏT
Tarix: 4-12-2023, 11:00