mobil versiya

Vyetnamla Azərbaycan arasında növbəti uğura imza atılıb


Vyetnamla Azərbaycan arasında tarixi  dostluğu daha da gücləndirilməsi yolunda növbəti uğura imza atılıb.

Ötən əsrin 80-ci illərdə Azərbaycan qəhrəman neftçilərinin də birgə əməyi ilə yaradılmış Vyetnamın ən aparıcı və iri neft şirkəti  VietSovPetronun nəzdində "Azərbaycan-Vyetnam "dostluq mərkəzi yaradılıb.
Bu barədə Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə şəxsi facebook səhibəsində məlumat verib: "Vyetnamlı dostlarımız mərkəzin ilk toplantısını Ulu Öndər Heydər Əliyevin  Vyetnama tarixi səfərinin 40 illiyinin tamam olduğu günlərdə və həmin dövrdə Vunqtauda qaldığı otelin konfrans zalında keçirib. İştriakçılar tərəfindən Ulu Öndərin Vyetnam səfərinə həsr olunmuş film maraqla qarşılanıb". 
Mərkəzin yaradılmasına Vyetnam hökuməti tərəfindən dəstək göstərilib və qısa müddətdə qeydiyyatdan keçirilmişdir. Bununla bağlı ilk toplantıda çoxlu sayda mötəbər qonaqlar və rəsmi şəxslər iştirak edib. 
Tədbirdən sonra şirkət ziyafət təşkil olunub, həmin ziyafətdə eyni zamanda qonaqlara xüsusi olaraq Bakıdan gətirilmiş milli mətbəx yeməkləri təqdim edilib.







KARUSEL / SİYASƏT
Tarix: 31-10-2023, 16:41