XİN Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı paylaşım edib
Xarici İşlər Nazirliyi Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı paylaşım edib.
Bu barədə nazirlik öz "Twitter" səhifəsində yazıb.
"Anadan olmasının 100-cü ildönümünü ehtiram ilə qeyd etdiyimiz, ömrünü xalqına həsr edən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Azərbaycan var olduqca əbədi yaşayacaq. Qürur mənbəyimiz Ümummilli Liderimizi dərin minnətdarlıqla anırıq", - deyə paylaşımda bildirilib.
KARUSEL / GÜNDƏM
Tarix: 10-05-2023, 09:01