mobil versiya

“Heydər Əliyev İli” çərçivəsində şahmat turniri keçirilir



Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin təşkilatçılığı ilə şahmat turnirinə start verilib. Yarışda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və onun tabeliyində olan qurumların əməkdaşları iştirak edirlər.
Nazirlikdən bildirilib ki, üç gün ərzində davam edəcək yarışlar Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar silsilə tədbirlər çərçivəsində təşkil edilib. Turnirin keçirilməsində məqsəd ölkəmizdə şahmatın inkişaf strategiyasının əsasını qoymuş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək və bu intellektual idman növünün kütləviliyinə nail olmaqdır.
Açılış mərasimində Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri Müşviq Əmirov və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparat rəhbərinin müavini Asif İsmayılov çıxış edərək, turnir iştirakçılarına uğurlar arzulayıblar. Çıxışlarda qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev hər zaman gənclərə diqqət və qayğı göstərib, idmanın inkişafı ilə bağlı tədbirlər həyata keçirib. Bu ənənənin davamı olaraq bu gün də Prezident İlham Əliyev tərəfindən şahmatın inkişafına xüsusi diqqət yetirilir. Doqquz turdan ibarət olan və 64 nəfərin qatıldığı yarışda iştirakçılar fərdi şəkildə mübarizə aparırlar. İlk üç yerin qalibinə diplom və müxtəlif hədiyyələr təqdim olunacaq.

KARUSEL / İDMAN
Tarix: 3-05-2023, 18:13