mobil versiya

BMT-nin baş katibi Vyetnamı bir çox ölkələr üçün nümunə adlandırıb



Oktyabrın 22-də BMT-nin baş katibi Antonio Quterreş Hanoyda işgüzar səfəri zamanı Vyetnamı milli quruculuq məsələsində bir çox ölkələr üçün nümunə adlandırıb.
O, Vyetnam Milli Assambleyasının sədri Vuonq Dinq Hue ilə görüşündə ölkəsinə və onun inkişafına heyranlığını bildirib.
“Vyetnam və Vyetnam xalqı sizin səsinizin bütün ölkələr tərəfindən hörmətlə qarşılanması ilə fəxr edə bilər”, deyə Quterreş bəyan edib.
O, həmçinin qeyd edib ki, Vyetnam 2050-ci ilə qədər karbon neytrallığına doğru irəliləmək üçün BMT-dən dəstək alacaq.
Mənbə: rossaprimavera.ru

SİYASƏT
Tarix: 23-10-2022, 13:44