mobil versiya

Bakı ilə Doha arasında AZAL uçuşlar həyata keçirəcək



Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Dohaya reys açaraq, marşrut şəbəkəsinə daha bir istiqamət əlavə edir.
AZAL-dan bildirilib ki, Bakı-Doha-Bakı marşrutu üzrə ilk uçuş dekabrın 10-da həyata keçiriləcək.
Bu istiqamətdə uçuşlar həftədə iki dəfə — cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Doha görməli yerləri, dəbdəbəli hotelləri və bir çox əyləncəsi ilə turistlər üçün maraqlı olan gözəl və müasir şəhərdir.
Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından, AZAL-ın kassalarından, akkreditə olunmuş agentliklərindən və ya mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 8-12-2023, 10:02