AZAL-dan Praqaya olan uçuşlara endirim

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildiriblər ki, kampaniya çərçivəsində Bakıdan Praqaya və əks istiqamətdə biletlərin qiyməti 555 manatdan başlayır. Təklif iki vaxt aralığında yerinə yetiriləcək uçuşlara şamil olunur: 12 yanvar–11 mart və 1 aprel–31 may 2024-cü il.
Bu kampaniya sərnişinlərə Praqaya səyahətin planlaşdırılması zamanı qənaət etmək və Çexiya paytaxtının gözəlliyi, mədəniyyəti ilə tanış olmaq imkanı yaradır.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 1-12-2023, 09:56