Latviyanın xarici işlər naziri Azərbaycan və Ermənistanın birgə bəyanatını alqışlayıb
Latviyanın xarici işlər naziri Krişjanis Karinş Azərbaycan və Ermənistanın birgə bəyanatını alqışlayıb.
Krişjanis Karinşr bu barədə özünün "X" sosial şəbəkə hesabında qeyd edib: "Bu iki ölkə arasında etimad və sülh istiqamətində mühüm addım olmaqla bütün region, o cümlədən regiondan kənar ölkələr üçün də vacibdir. Bu, Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq və sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir".
KARUSEL / DÜNYA
Tarix: 8-12-2023, 17:30