mobil versiya

Bu tarixdən ölkə ərazisində hava şəraiti qeyri-sabit olacaq



Dekabrın 23-də gündüzdən 24-ü səhərədək Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin əsəcəyi, arabir saniyədə 15-18, yarımadanın bəzi yerlərində arabir 20-25 metrədək güclənəcəyi gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Dekabrın 23-də gündüz şimal və qərb rayonlarından başlayaraq 25-i səhərədək Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə - Qazax-Gəncə, Quba-Qusar, Şərqi Zəngəzur bölgələrində intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, arabir 23-25, ayrı-ayrı yerlərdə arabir 27-32 metrədək güclənəcək.

KARUSEL / ÖLKƏ
Tarix: 22-12-2023, 16:06