mobil versiya

Ukraynada həlak olan rus əsgərlərinin sayı 40 min nəfəri ötüb


Rusiyanın genişmiqyaslı işğalı başlayandan Ukraynada həlak olan rus əsgərlərinin sayı 40 min nəfəri keçib.
Bu barədə “Mediazona” yazıb.
Qeyd edək ki, bunlar açıq mənbələrdə yayılan təsdiqlənmiş rəqəmlərdir.
Onlardan 15 520 nəfər ötən il, 24 100 nəfər isə 2023-cü il yanvarın 1-dən dekabrın 22-dək dünyasını dəyişib.
Bu il mülki şəxs kimi cəbhəyə cəlb olunanlar arasında da itkilərin sayı kəskin artıb. Müəyyən edilmiş bütün ölüm hallarının üçdə ikisini çağırışçılar, məhbuslar, könüllülər və özəl hərbi şirkətlərin yeni üzvləri təşkil edir.
Bu onunla bağlıdır ki, əvəzedicilərin cəbhəyə göndərilməzdən əvvəl hazırlanması prosesi indi cəmi bir neçə gün çəkir. Müqayisə üçün: Əfqanıstana göndərilməzdən əvvəl SSRİ-də çağırışçı əsgərlər 4 aydan 6 aya qədər təlim keçirdilər.
ABŞ kəşfiyyatının məlumatlarına görə, Rusiyanın Ukraynadakı itkiləri (ölən və yaralanan ) 315 min nəfərdir.  Bu, Rusiya Müdafiə Nazirliyinin 2022-ci ilin fevralında genişmiqyaslı işğal başlamazdan əvvəl malik olduğu şəxsi heyətin təxminən 87 faizini təşkil edir.

KARUSEL / DÜNYA
Tarix: 22-12-2023, 16:15