Çində koronavirus qurbanlarının sayı 2,7 min nəfəri ötdü
Çində koronavirus qurbanlarının sayı 2 715 nəfərə çatıb.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
Qeyd edilir ki, ölkədə 29,7 mindən çox insan xəstəlikdən sağalıb, virusa yoluxanların ümumi sayı 78 min nəfəri ötüb. Yenilənmiş məlumatlara əsasən, ölkə üzrə koronavirusdan ölüm faizinin rəsmi göstəricisi bir gün əvvəlki 3,42%-in əvəzinə 3,47% təşkil edir.
Xatırladaq ki, Çində koronavirus ötən ilin sonunda yayılıb.
SON XƏBƏR / BANNER / KARUSEL / DÜNYA
Tarix: 26-02-2020, 10:10