mobil versiya

HƏMAS-a qarşı əməliyyatlarında ölən İsrail hərbçilərinin sayı 161-ə çatıb



İsrailin HƏMAS-a qarşı əməliyyatlarında ölən hərbçilərinin sayı 161-ə çatıb.
"Yedioth Ahronoth" qəzetinin verdiyi məlumata görə, Qəzza zolağında gedən döyüşlər zamanı İsrail ordusunun daha 3 əsgəri həlak olub, 5-i isə ağır yaralanıb.
Anklavın mərkəzində döyüşdə 33 yaşlı baş çavuş Maor Lavi, şimalında 26 yaşlı mayor Şay Şamriz və 26 yaşlı kapitan Şaul Qrinqlik öldürülüb.
Yaralı 5 əsgər ağır vəziyyətdə İsrail xəstəxanalarına aparılıb.
Ordunun mətbuat xidmətinin məlumatına görə, İsrailin Qəzza zolağında radikal Fələstinin HƏMAS hərəkatına qarşı quru əməliyyatına başladığı gündən həlak olan hərbçilərin sayı 161-ə çatıb.
Fələstin-İsrail münaqişəsinin yeni kəskinləşməsindən bəri İsrail hərbçiləri arasında qurbanların ümumi sayı 495 nəfər olub.(report)

KARUSEL / DÜNYA
Tarix: 27-12-2023, 09:58