mobil versiya

Çin ABŞ-ın beş şirkətinə sanksiya qoyub



Çin ABŞ-ı Tayvana silah ötürməsinə görə, Vaşinqtonu “vahid Çin” prinsipini pozmaqda ittiham edib.
Bununla əlaqədar Pekin Amerikanın “BAE Systems Land and Armament”, “Alliant Techsystems Operation”, “AeroVironment”, ViaSat və “Data Link Solutions” şirkətlərinə sanksiya tətbiq edib.
“ABŞ  Çinin Tayvan bölgəsinə silah satmaqla “vahid Çin” prinsipini açıq şəkildə pozur və müxtəlif bəhanələrlə Çin müəssisə və şəxslərinə qarşı qeyri-qanuni birtərəfli sanksiyalar tətbiq edir”, – deyə XİN-nin bəyanatında bildirilir.
Məhdudiyyətlərə aktivlərin dondurulması daxildir. Çin təşkilatları və fiziki şəxslərin bu şirkətlərlə sövdələşməyə girməsi və onunla əməkdaşlıq etməsi qadağandır.
Pekin hesab edir ki, Vaşinqton Çinin suverenliyinə xələl gətirir, onun təhlükəsizlik maraqlarını pozur və Tayvan boğazında sülh və sabitliyə zərər verir. Çin ABŞ-ın hərəkətlərindən qəti narazılığını ifadə edib. Çin “vahid Çin” prinsipinə hörmət edilməsini və Tayvanın Tayvanı silahlandırmasını dayandırmasını tələb edib.

KARUSEL / DÜNYA
Tarix: 7-01-2024, 11:31