Vanq İ ABŞ-ın dövlət katibi ilə görüşüb
Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin xarici işlər komissiyası ofisinin rəhbəri, ÇKP Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Vanq İ Pekindəki “Dyaoyutay” dövlət iqamətgahında ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb.
TASS informasiya agentliyi xəbər verir ki, danışıqlar qapalı formatda keçirilib.
Xatırladaq ki, Antoni Blinken iyunun 18-dən Çində səfərdədir. O, bazar günü çinli həmkarı Çin Qan ilə görüşüb. Çin Qan qeyd edib ki, Çin-ABŞ münasibətləri iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından bəri ən aşağı səviyyəyə düşüb. Çin hakimiyyəti ABŞ hökumətindən “vahid Çin” prinsipinə tərəfdar olmağı və Tayvan separatçılarına kömək etməməyi tələb edir.
Çin Qan xatırladıb ki, Çin ABŞ ilə münasibətlərə qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında yanaşır. Çin sabit, proqnozlaşdırıla bilən və konstruktiv Çin-ABŞ münasibətləri qurmağa sadiqdir.
KARUSEL / DÜNYA
Tarix: 19-06-2023, 10:19