DSX-nın Akademiyasında 18 əcnəbi təhsil alır
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında altı ildir ki, xarici kursantlar da təhsil alır. Bu tələbələrə ilk növbədə ana dilimiz - Azərbaycan dili tədris olunur.
Bunu DSX Akademiyasının rəisi general-mayor Azər İbrahimov deyib.
Azər İbrahimov bildirib ki, dövlətlərarası sazişə əsasən hazırda Akademiyada Tacikistan vətəndaşları olan kursantlar da təhsil alırlar. Onlardan 6-sı 2023-cü ilin buraxılış mərasimində leytenant rütbəsi alıb və xidmətlərini Tacikistanda davam etdirirlər. Ümumiyyətlə, hazırda 18 əcnəbi burada təhsilini davam etdirir.(Azərtac)
KARUSEL / CƏMİYYƏT
Tarix: 9-01-2024, 09:36