Cari tədris ilində BDU-ya 120 əcnəbi vətəndaş qəbul olunub
Bakı Dövlət Universitetinə (BDU) 2022-2023-cü tədris ili üzrə indiyədək 120 əcnəbi vətəndaş qəbul olunub. Onlardan 34-ü bakalavriat, 28-i magistratura, 7-si doktorantura səviyyələrində, 51-i hazırlıq qruplarında təhsil alır.
Əcnəbi vətəndaşların qəbul prosesi davam edir.
Bu barədə universitetdən məlumat verilib.
Əcnəbi vətəndaşların qəbulu və ölkəmizdə təhsil alan əcnəbi tələbələrin məlumatlarının toplanması aidiyyəti elektron resurslar (portal.edu.az və atis.edu.az) vasitəsilə aparılır. Türkiyə, İran, Rusiya, Pakistan, Türkmənistan, Qazaxıstan, Tacikistan, Banqladeş, Çad, Ukrayna, Gürcüstan, Çin, Nigeriya, Küveyt və digər ölkələrdən BDU-da təhsil almaq üçün çoxsaylı müraciətlər daxil olmaqdadır.(AZƏRTAC)
KARUSEL / ÖLKƏ
Tarix: 10-01-2023, 12:33