mobil versiya

Azərbaycan düşməni namizəd seçkidən çəkildi - Trampı müdafiə edəcək



ABŞ prezident seçkisi kampaniyasında ən qeyri-adekvat və ikrah doğuran namizədlərdən biri olan Hindistan əsilli Vivek Ramasvami seçkidən çəkildiyini bəyan edib.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, Respublikaçılar partiyasından olan Ramasvami Donald Trampın namizədliyini dəstəkləyəcəyini bildirib.

İlkin səsvermələrRamasvamiyə hər hansı ciddi seçici dəstəyinin olmadığını göstərib. Respublikaçıların əsas namizədləri olan Nikki Heyli və Donald Tramp ondan qat-qat üstün nəticələr göstərib.

Ramasvami praymerizdən çəkilmək qərarına gəldikdən sonra qarşıdan gələn prezident seçkilərində Trampı dəstəklədiyini açıqlayıb.

Xatırladaq ki, Nikki Heyli teledebatların birində haqlı olaraq Ramasvamini “alçaq və əclaf” adlandırmışdı. Ermənipərəst və Azərbaycan düşməni mövqeyi ilə seçilən Ramasvami dəfələrlə Azərbaycan haqqında şər-böhtan dolu hədyanlar söyləyib.

Rusiyanın Ukraynaya qarşı işğalına belə az qala haqq qazandıran bu həşərat 2023-cü ilin noyabrında Ukrayna Prezidenti Volodimir Zelenskini “nasist” adlandırmışdı. Daha sonra onun mətbuat xidməti bildirdi ki, o, guya belə demək istəməyib və “tez-tez danışdığı üçün” belə bir səhv baş verib.
KARUSEL / DÜNYA
Tarix: 16-01-2024, 15:24