mobil versiya

Tramp bütün miqrantları qovacağını bəyan edib


Respublikaçılar partiyasından prezidentliyə namizəd, eks-prezident Donald Tram ABŞ tarixində ən böyük deportasiyanı həyata keçirəcəyini vəd edib.
“AzPolitika.info” xəbər verir ki, Tramp Ayova ştatında seçicilərlə görüşündə deyib ki, Amerikaya gələnləri geri göndərmək niyyətindədir: “Meksika ilə sərhəddə xaos var. Düşünürəm ki, bu, dünya tarixindəki ən pis sərhəddir. Burada milyonlarla miqrant var. Nyu Yorkda adi tələbələri qovub, miqrantları onların yerinə yerləşdirirlər. Mənim qələbəmdən sonra biz ölkəmizin tarixində ən böyük deportasiya ilə üzləşəcəyik. Hər kəsi gəldiyi yerə qaytaracağıq. Başqa seçimimiz yoxdur”.


KARUSEL / DÜNYA
Tarix: 15-01-2024, 11:39