mobil versiya

“İran 34 gün ərzində nüvə bombası əldə edə bilər” - Tramp



ABŞ-nin keçmiş Prezidenti Donald Tramp İranın 34 gün ərzində nüvə bombası əldə edə biləcəyini açıqlayıb.

Ayova ştatında seçiciləri ilə görüşən Tramp, İranın bunun üçün bütün imkanlara malik olduğunu deyib.
O, iddia edib ki, İran nüvə bombası yaratmağın bir addımlığındadır.
Tramp ABŞ-nin hazırkı Prezidenti Co Baydenin uğursuz xarici siyasətinin bu vəziyyətə gətirib çıxardığını vurğulayıb. Trampın sözlərinə görə, məhz Baydenin siyasətinin səmərəsizliyi üzündən Ukrayna və Yaxın Şərqdə münaqişələr davam edir, həmçinin Tayvan məsələsinə görə Çinlə münasibətlər pisləşir. (“AzPolitika.info”)
KARUSEL / DÜNYA
Tarix: 8-01-2024, 14:08