mobil versiya

Xaçatryan Abdulayanla görüşüb - Zəngəzur dəhlizini müzakirə edib


Ermənistan Prezidenti Vaaqn Xaçatryan Davosda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyanla regiondakı vəziyyəti müzakirə edib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfirliyinin “X” səhifəsində məlumat yayılıb.
“Ölkəmizin xarici işlər naziri Ermənistan prezidenti ilə görüşdə tarixi yolların qorunub saxlanılmasının vacibliyini və regionda sürətlə inkişaf edən hadisələr kontekstində geosiyasi dəyişikliklərin yolverilməzliyini vurğulayıb”, - deyə məlumatda qeyd olunur.

Belə görünür ki, tərəflər Zəngəzur dəhlizini müzakirə ediblər. Təəccüblü deyil ki, Tehran rejimi və İrəvan bir daha Zəngəzur dəhlizinin reallaşmasına qarşı olduqlarını ifadə ediblər. 

KARUSEL / DÜNYA
Tarix: 18-01-2024, 13:01