mobil versiya

Xorvatiyalı rəssam kibrit çöpündən Davidin nəhəng heykəlini düzəldir



Xorvatiyalı rəssam Tomislav Xorvat kibritdən modellər düzəldən ilk insan deyil, lakin ola bilər ki, ən iddialısıdır.
Xorvat real böyüklükdə royalda ifa edən pianoçunun heykəlini yaratmaq üçün 210 min kibritdən istifadə edib. Şimal kəndi Domasinetsdən olan 34 yaşlı rəssam bununla kifayətlənməyərək öz interpretasiyasında David Mikelancelonun heykəlini cəmi il yarımdan sonra başa vurmaq üzrədir.
“Heykəli bitirmək üçün mənə daha 30 min kibrit çöpü lazımdır. Yəni ümumilikdə təxminən 430 min istifadə olunacaq. Bu əsər üzərində 6 ildir çalışıram”, - deyə Tomislav qeyd edib.
Xorvat öz yaradıcılıq ambisiyalarını həyata keçirməyə daha kiçik ölçüdə olan modellərdən başlayıb. Lakin 2013-cü ildə qarşısına daha ciddi məsələ qoydu: Frensis Ford Koppolanın “Xaç atası” (1972-ci il) filmində Don Korleone personajını canlandıran aktyor Al Paçinonun heykəlini yaratmaq. Bununla yanaşı, rəssam heykəlin əsas konstruksiyalarını papye-maşe və ya ağacdan hazırladığını gizlətmir, çünki ölçü baxımından onların dağılmaq ehtimalı böyükdür.
Xorvatın ikinci böyük işi “Pianoçu”, üçüncüsü isə 54 min kibritdən il yarıma ərsəyə gələn “Çarəsiz adam” tematik kolleksiyasıdır. Öz əsərlərini Xorvatiyanın, Zaqrebin qalereyalarında sərgiləməsinə baxmayaraq, hazırda bu işləri almaq qeyri-mümkündür. (azərtac)

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 19-01-2024, 17:34