Azərbaycanlı rəssamın Tallində Xocalı soyqırımı ilə bağlı sərgisi açılıb
Estoniyanın paytaxtı Tallində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar azərbaycanlı rəssam Rövşən Quliyevin (Nur) fərdi rəsm sərgisi açılıb.
Bu barədə məlumat verən rəssam sərgi ilə yanaşı, Tallinin mərkəzi küçələrində 24 saat ərzində böyük ekranda Xocalı faciəsindən bəhs edən videomaterialların da göstərildiyini bildirib.
Qeyd edək ki, Tallin Rəssamlıq Akademiyasını bitirən Rövşən Quliyev artıq 17 ildir bu ölkədə Azərbaycanın mədəniyyətini və tarixi irsini çəkdiyi rəsmlərlə tanıtmağa çalışır.(AZƏRTAC)
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 27-02-2023, 11:33