mobil versiya

“Postcargo” 1113 şöbədə vətəndaşlara xidmət göstərir



20 mindən çox müştəri bazası olan, Türkiyədən onlayn məhsulların sifarişini çatdıran “Postcargo” bu gün 1113 şöbədə vətəndaşlara xidmət göstərir. Hazırda ABŞ-dən test rejimində bağlamaların çatdırılmasını icra edir, yaxın zamanda xidmətin tam istifadəyə veriləcəyi planlaşdırılır.
Bunu “Azərpoçt” MMC-nin İdarə heyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən İsi Mustafayev “2023-Hesabat” adlı tədbirdə bildirib.
İ.Mustafayev qeyd edib ki, “Azərpoçt” rəqəmsal çatdırma hesab olunan ilk poçtamatını da AZ1000 indeksli mərkəzi poçt məntəqəsində müştərilərinin istifadəsinə verib.
“İnsan əməyi olmadan, avtomatlaşdırılmış şəkildə özünəxidmət funksiyalı poçt qutuları 7/24 rejimdə fəaliyyət göstərərək müştərilərin məmnuniyyətini tam təmin edir. "Azərpoçt" yalnız onlayn sifarişlərin çatdırılması üçün nəzərdə tutulan, xüsusi xidmət nöqtələri olan PUDO (Pick-Up & Drop-Off) məntəqələrini də istifadəyə verib. Hazırda 50-yə yaxın məntəqədə səhər 9:00-dan axşam 21:00-a qədər PUDO-lar fəaliyyət göstərir", - deyə İ.Mustafayev əlavə edib.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 25-01-2024, 11:02