mobil versiya

2020-ci ildən etibarən işğaldan azad olunmuş ərazilərdə də mütəmadi yenidənqurma işləri aparılır



2020-ci ildən etibarən işğaldan azad olunmuş ərazilərdə də mütəmadi yenidənqurma işləri aparılır.

Bunu “Azərpoçt” MMC-nin təşəbbüsü ilə keçirilən “2023-Hesabat” tədbirində MMC-nin İdarə heyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən İsi Mustafayev deyib.

O bildirib ki, 2020-ci ildə Hadrutda, daha sonra Cocuq Mərcanlıda poçt şöbəsi yaradılıb.

“2022-ci ildə isə Zəngilan rayonunun Ağalı kəndində poçt xidmətlərinin təşkili təmin olunub. Hazırda Xankəndi Poçt Filialının yaradılması, Şuşa, Laçın, Xocavənd və Əskəran şəhərlərində poçt xidmətlərinin təşkili üçün inzibati binaların müəyyən edilməsi istiqamətində işlər davam etdirilir”, - deyə o qeyd edib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 25-01-2024, 11:38