Əsgəran və Ağdamın işğaldan azad edilmiş ərazilərində rabitə qurulur
2020-ci ildən bu günədək Qarabağın rayon və şəhərləri rabitə ilə təmin edilib. Artıq “Bakı Telefon Rabitəsi” MMC tərəfindən Füzuli rayonunda, Tərtər rayonun Talış kəndində, Şuşa şəhərində, Laçın şəhərində, Xankəndidə, Zəngilan rayonun Ağalı kəndində rabitə yaradılıb və əhaliyə xidmət göstərilir.
Bunu “Bakı Telefon Rabitəsi” MMC-nin şöbə müdiri Fərhad Zahidov deyib.
Fərhad Zahidov vurğulayıb ki, hazırda növbəti mərhələdə Əsgəran rayonu və Ağdamın yeni işğaldan azad edilmiş ərazilərində rabitəni yaratmağa çalışırlar: “Bunun üzərində işlər hazırda davam edir”(azərtac).
KARUSEL / İQTİSADİYYAT
Tarix: 6-12-2023, 14:44