mobil versiya

Bir çox şəxsin kartındakı məlumatları oğurlayırlar



Kiberdələduzlar son vaxtlar kifayət qədər çoxalıb. İnsanların məlumatsızlığından istifadə edərək, müxtəlif mənfi əməllər həyata keçirirlər. Bir çox şəxsin kartındakı məlumatları oğurlayırlar və bu kimi müxtəlif hilələr gün keçdikcə çoxalır. Peşəkar dələduzlar o qədər professional və sürətli işləyirlər ki, izi tapmaq çox məşəqqətli olur. Bəzən də iz tapılmır və xarici hesablarda iz itirilir. Ölkə xaricinə çıxarılmış məbləğlərin tapılması da, bürokratik və hüquqi prosedurlara görə, çox zaman tələb etdiyi üçün, müsbət nəticə əldə etmək çətinləşir. Kartından kiçik məbləği oğurlanan şəxslərin isə vəziyyəti bir qədər ümidsizdir.
O zaman nələrə diqqət etmək lazımdır sualına qismən və qısa cavab olaraq:
1. "Google Play" və "App Store" da olmayan 3-cü tərəf proqramları əsla yükləməyin!
2. "Google Play" və "App Store"-dan yükləmək istədiyiniz tətbiqin yüklənmə sayı 3000-dən aşağıdırsa onu əsla yükləməyin!
3. Tətbiq yükləyərkən, sizdən tətbiqin istədiyi icazələrə diqqət yetirin. İcazələri minimallaşdırın və istədiyi icazələr məntiqli deyilsə, yükləməkdən imtina edin!
4. Qarşınıza çıxan cəzbedici mərc oyunları və digər linklərin üzərinə vurmayın!
5. Mümkün qədər pulsuz amma, global olaraq, tanınmamış xidmətlərdən və oyunlardan istifadə etməyin. Xidmət pulsuzdursa, satılan sizin məlumatlarınızdır!
6. Heç kəsə SMS təsdiq kodunuzu və ya bank kartınızın 16 rəqəmi xaricindəki rəqəmləri deməyin. Kartın şəklini çəkib göndərərkən, digər məlumatları bağlayın. Qarşıdakı insana güvənə bilərsiniz, amma onun telefonu yoluxarsa, sizə də ciddi zərər dəyə bilər!
7. Avadanlığınızı daimi olaraq “UPdate” edin!
8. Daimi olaraq, maariflənmək və öyrənmək lazımdır. Ehtiyatlı və tədbirli olun!

İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev


KARUSEL / CƏMİYYƏT
Tarix: 29-01-2024, 15:16