mobil versiya

İstifadə olunmayan “Gmail” hesabları silinəcək



“Google” təhlükəsizlik risklərinə görə qeyri-aktiv və ya istifadə olunmayan “Gmail” hesablarını silmək qərarına gəlib.
Dekabrın 1-dən etibarən tətbiq olunacaq və e-poçtlar, fayllar və hesabla əlaqəli digər məlumatlar həmişəlik silinəcək. Hesabınızın silinməməsi üçün ən azı iki ildə bir dəfə hesaba daxil olmaq kifayətdir. Bundan əlavə, “Google Disk”, “YouTube”, “Play Store” və digər “Google” xidmətlərindən istifadə hesabınızı aktiv saxlayacaq.
Qeyd edək ki, bu siyasət hazırda yalnız “Gmail” hesablarına tətbiq edilsə də, gələcəkdə “YouTube” hesablarına da tətbiq oluna bilər. Buna görədə mütəmadi olaraq hesaba daxil olmaq vacib bir addım olacaq.

KARUSEL / GÜNDƏM
Tarix: 28-11-2023, 10:49