Bakı-Sumqayıt qatarlarında “Apple pay” və “Google pay”lə ödəniş yenidən aktivləşdirilib

“Azərbaycan Dəmir Yolları” QSC xəbər verir ki, sərnişinlər həm giriş, həm də çıxış zamanı eyni ödəniş vasitəsindən istifadə etməlidir.
Məlumata əsasən, əgər sərnişin “Google pay” vasitəsilə platformaya daxil olursa, mütləq çıxış zamanı da “Google pay”dən istifadə etməlidir. Əks halda həm plastik kart, həm də elektron ödəniş üsulu üzrə ən uzun məsafəyə uyğun cərimə tətbiq ediləcək.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 27-07-2023, 17:01