Bakı-Sumqayıt qatarı ilə bağlı ŞAD XƏBƏR - Prezidentlə görüşdə açıqlandı - VİDEO
Bakı-Sumqayıt qatarının sürəti saatda 140 km olacaq.
REPORTYOR.AZ xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov prezident İlham Əliyevin qəbulunda olarkən deyib.
Qəbul zamanı dövlət başçısı ilə “Azərbaycan Dəmir Yolları” sədrinin dialoqunu təqdim edirik:
Bakı-Sumqayıt dəmir yolunun fəaliyyəti, onun əhəmiyyəti haqqında nə deyə bilərsiniz? Ümumiyyətlə, bu yol ilə nə qədər sərnişin daşınır?
Cavid QURBANOV: Artıq bu yol ilə hər gün 12 min sərnişin daşınır.
Prezident İlham ƏLİYEV: 12 min?
Cavid QURBANOV: Bəli,12 min. Amma bu, açılandan sonra həm bu tərəfdən Sumqayıta gedən, həm də əks tərəfdən gedən o yollar birləşəndə, avtobusların gediş-gəlişi də tənzimlənəndə gündə təqribən 25-30 min sərnişin daşınacaq. Bu da yəqin ki, ən azı 300-500 avtobusun işini azaldacaq. Həm ekoloji cəhətdən təmizdir, həm çox yüksək səviyyəli və sürətli qatarlardır, içərisində bütün rahatlığı var, həm də vaxt təqribən iki-üç dəfə azalıb.
Prezident İlham ƏLİYEV: Bəli, mən getmişəm o yolu, çox rahatdır.
Cavid QURBANOV: Sürəti də 140-a artırmaq istəyirik.
Prezident İlham ƏLİYEV: Müasir “Stadler” vaqonları da alınıb, onlar da işləyir.
Cavid QURBANOV: Bəli, hamısı işləyir.
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 13-11-2019, 20:37