mobil versiya

Rusiya məhkəməsi “Google”un əmlakına həbs qoydu



Moskva Arbitraj Məhkəməsi ABŞ-ın “Google” şirkətinin Rusiya bölməsinin hesablarına və əmlakına həbs qoyub.
Bu barədə Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədri Aleksandr Xinşteyn məlumat verib.
“Moskva Arbitraj Məhkəməsi Duma TV-nin iddiası əsasında müvəqqəti tədbir kimi “Google” şirkətinin hesablarına və əmlakına həbs qoyub. Hələ aprel ayında parlament televiziyasının “YouTube” kanalı heç bir səbəb olmadan bağlanıb. Buna görə Duma TV “Google”u məhkəməyə verib” - Xinşteyn bildirib.
O, həmçinin qeyd edib ki, iş üzrə əsas məhkəmə iclası oktyabrın 19-da keçiriləcək.

lenta.ru(oxu.az)

DÜNYA
Tarix: 17-09-2022, 18:00