Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinə yeni sədr təyin olunub
İlqar Əziz oğlu Mustafayev Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Xanlar Adil oğlu Ağalarov Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri təyin olunub.
Xanlar Ağalarov bu təyinatadək Mədəniyyət Nazirliyində Aparat rəhbəri kimi fəaliyyət göstərib. Bundan öncə isə Prezident Administrasiyasının Strateji araşdırmalar və planlaşdırma şöbəsində, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsində müxtəlif vəzifələrdə çalışıb.
O, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib, 2015-2016-cı illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr dərəcəsi alıb. Eyni zamanda, Kembric Universitetində dövlət siyasəti üzrə magistr təhsili alıb.
KARUSEL / CƏMİYYƏT
Tarix: 29-01-2024, 16:06