mobil versiya

Mədəniyyət Nazirliyinin Aparatına rəhbər təyin edilib



Azərbaycan Respublikası mədəniyyət naziri Adil Kərimli Xanlar Ağalarovu Nazirlik Aparatının rəhbəri təyin edib.
Xanlar Ağalarov buna qədər Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma şöbəsində, qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsində müxtəlif vəziyyətlərdə çalışıb.
Xanlar Ağalarov 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib, 2015-2016-cı illərdə London İqtisadiyyat və Siyasi Elmlər məktəbində (LSE) magistr dərəcəsi alıb.
O, eyni zamanda Kembric Universitetində "Dövlət siyasəti" ixtisası üzrə magistr proqramını bitirib.


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 1-03-2023, 12:11