AFFA 3 kluba sanksiyalar tətbiq edib
AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarında qeydə alınan qayda pozuntuları ilə bağlı cəzaları açıqlayıb.
Qurum 3 kluba sanksiyalar tətbiq edib.
“Sabah” – “Qarabağ” görüşü (1:7) bitdikdən sonra meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibləri 800 manat cərimə edilib.
“Araz-Naxçıvan” – “Qəbələ” matçının (1:1) 75-ci dəqiqəsində qonaqların futbolçusu Lukas Afriko ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığına görə 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb. “Qəbələ” klubu isə 1500 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.
“Sumqayıt” – “Neftçi” (2:3) qarşılaşmasında 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri 700 manat cərimə olunub.
KARUSEL / İDMAN
Tarix: 1-02-2024, 12:37