mobil versiya

"Gəncliyin səsi" festivalı çərçivəsində konsert olub



M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində "Gənclər gününə" həsr olunmuş "Gəncliyin səsi" festivalı çərçivəsində Gənc bəstəkarların diplom işlərindən ibarət konsert keçirilib.
Əvvəlcə gənc rəssamların əsərlərindən ibarət sərgi təqdim olunub.
Daha sonra dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Əmakdar artisti Fuad İbrahimov) və Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanova) müşayiəti ilə solistlər Nigar Əsgərova (soprano), Rauf Məmmədzadə(bariton), Ümidə Abasova (violin), Xəyal Əliyev (akkardeon), Səxavət Məmmədov (tar) öz ifalarını dinləyicilərə təqdim ediblər.
Konsertdə Üzeyir Məmmədov "Zamanın axarı" Simfoniyası, Nigar Süleyman "Triptix" Simfoniyası, Fərid Fətullayev "Dəstgah", Ülkər Aşurbeyli "Tanqo hekayəti" operasından Süita səslənib.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 5-02-2024, 13:42