Filarmoniyada növbəti konsert - “Yeni adlar”

Konsertdə bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi altında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə gənc istedadlar – respublika və beynəlxalq müsabiqələr laureatları, Prezident təqaüdçüləri Zərrin Əliyeva (violin) və Nərminə İsmayılova (piano) çıxış ediblər.

Solistlər dinləyicilərə Sergey Rahmaninovun Piano və orkestr üçün 2 saylı Konsertini (c-moll, op.18) və Jean Sibeliusun Violin və orkestr üçün Konsertini (d-moll, op.47) təqdim ediblər.
Qeyd edək ki, “Yeni adlar” müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edən layihədir.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 14-06-2023, 14:10